Pxenyan ABŞ-ı danışıqlara çağırdı
Bizi izləyin

Digər

Pxenyan ABŞ-ı danışıqlara çağırdı

Şimali Koreya ümid edir ki, Pxenyan və Vaşinqton arasında işçi danışıqlar yaxın vaxtlarda olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim İn Ren bildirib.

Qeyd edık ki, sentyabrın əvvəlində Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus ABŞ-ın Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi ilə görüşləri hələ planlaşdırmadığını bildirib.

Daha öncə KXDR-in xarici işlər nazirinin müavini Soy Son Hi ölkəsinin sentyabrın sonunda ABŞ-la danışıqları yeniləməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, 2018-ci il iyunun 12-də ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında birinci görüş olub. Tərəflər münasibətlərin normallaşması və KXDR-in denuklearizasiyası üzrə ölçülər haqqında razılaşıblar. 2019-cu ilin fevralında Hanoyda keçirilən ikinci görüş nəticəsiz başa çatıb. Bundan sonra isə onlar qısa müddətdə KXDR ilə Cənubi Koreyanın sərhədində görüşüblər. Tramp Cənubi Koreyadan KXDR-in ərazisinə addım atmış ABŞ-ın birinci prezidenti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm