Dəhşətli QƏZA: 23 ölü, 30 yaralı - YENİLƏNDİ
Bizi izləyin

Digər

Dəhşətli QƏZA: 23 ölü, 30 yaralı - YENİLƏNDİ

Perunun cənubundakı Kispikançi əyalətində baş vermiş ağır yol qəzasında ölənlərin sayı 23 nəfərə çatıb.

Bu barədə Yerüstü Sərnişin və Yük Nəqliyyatına Nəzarət üzrə Xidməti bildirib.

Qeyd edilir ki, sərnişin avtobusunun hündürlükdən uçuruma aşması nəticəsində həmçinin daha 30 nəfər yaralanıb.

"İdarənin hadisə yerində olan əməkdaşlarının sözlərinə görə, 23 nəfər ölüb. Bundan əlavə, polisin məlumatına görə, 30 nəfər xəsarət alıb", - deyə xidmətin xəbərində bildirilir.

Yaralılar yaxınlıqdakı, o cümlədən Kuskodakı xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, sərnişin avtobusu Kispikançi əyalətində 100 metr yüksəklikdən aşıb. Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib.

***

00:50

Perunun cənubundakı Kispikançi əyalətində baş vermiş ağır yol qəzasında 10 nəfər həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Perunun Yerüstü Sərnişin və Yük Nəqliyyatına Nəzarət üzrə Xidməti bildirib.

Qeyd edilir ki, avtobus 100 metrlik hündürlükdən uçuruma düşüb. Hadisə nəticəsində daha 14 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xidmətin əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirmək üçün əraziyə gediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm