Qasırğa Asiyanın ən böyük film festivalının işini pozdu
Bizi izləyin

Digər

Qasırğa Asiyanın ən böyük film festivalının işini pozdu

Oktyabrın 2-də axşam saatlarında Cənubi Koreyanın cənub sahillərinə çatan “Mitaq” qasırğası Busan şəhərində işə başlayacaq və Asiyada ən böyük olan beynəlxalq film festivalının işini pozub.

Publika.az Azərtac-a istinadla xəbər verir ki, oktyabrın 2-nə nəzərdə tutulan açılış tədbiri pis hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Bundan başqa, qasırğanın gətirdiyi və sürəti saniyədə 30 metrə çatan külək, şiddətli yağışlar səbəbindən Busan şəhərindəki “Gimhae” beynəlxalq hava limanında 12 beynəlxalq reys də daxil olmaqla ümumilikdə 71 uçuşun təxirə salınması da film festivalının işinə mənfi təsir göstərib. Çıxış yolu kimi festivala dəvət olunan qonaqların paytaxt Seul aeroportlarında qəbul edilərək, çarter qatarlarla Busana gətirilməsinə qərar verilib. Bundan başqa, film festivalının Busanın müxtəlif yerlərində quraşdırılmış təbliğat və tanıtım banerləri, plakatları müvəqqəti olaraq yığışdırılıb.

Təşkilatçılar meteoroloqların pis hava şəraitinin getdikcə nisbətən sabitləşəcəyi barədə proqnozlarına əsaslanaraq festivalın oktyabrın 3-də saat 18:00-a planlaşdırılan rəsmi açılış mərasiminin baş tutacağını bildiriblər. Mərasimdə dünya film sənayesinin tanınmış şəxsləri də daxil olmaqla 300 xüsusi qonağın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 2013-cü, 2016-cı və 2018-ci illərdə də qasırğalar Busan beynəlxalq film festivalının işinə müəyyən maneələr törətmişdi. Üç il əvvəl isə “Çaba” qasırğası festivalın dəniz sahilindəki şəhərciyini dağıtmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm