Dəhşətli zəlzələ: 36 nəfər həlak oldu
Bizi izləyin

Digər

Dəhşətli zəlzələ: 36 nəfər həlak oldu

İndoneziyanın Maluku əyalətinin paytaxtı Ambonda sentyabrın 26-da baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində tələfatın miqyası gün keçdikcə genişlənir.

Publika.az xəbər verir ki, fəlakət nəticəsində ölənlərin sayı 36-ya çatıb.

“Tempo” qəzetinin xəbərinə görə, Ambonda 11, Orta Maluku bölgəsində 15 və Səram bölgəsində 10 nəfər həyatını itirib. 6 mindən çox bina zərər görüb.

Bölgədə oktyabrın 9-dək fövqəladə vəziyyət elan olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm