İslam ölkəsində İNQİLAB: bundan sonra qadınlar...
Bizi izləyin

Digər

İslam ölkəsində İNQİLAB: bundan sonra qadınlar...

Səudiyyə Ərəbistanında artıq qadınlar da orduda xidmət edə biləcək.

Publika.az xəbər verir ki, bu barədə Milli Müdafiə Əməliyyatları Mərkəzinin rəhbəri Həsən Şəhri danışıb.

General bildirib ki, qadınlar onbaşı, kiçik zabit və çavuş vəzifələrində fəaliyyət göstərə biləcək və onlar üçün vakant yerlər var.

“Şarkul Avsat” qəzetinin xəbərinə görə, Müdafiə Nazirliyi “Səudiyyə Ərəbistanı 2030-cu il” layihəsi çərçivəsində qadınların haqq və azadlıqlarının genişləndirilməsi məsələsinə diqqət yetirilir. Bu çərçivədə qadınlar Quru, Hava və Hərbi Dəniz Qüvvələri, Strateji Raket Qüvvələri və Silahlı Qüvvələrin Səhiyyə Xidmətləri sahələrində xidmət edə biləcək.

Qeyd edək ki, daha əvvəl qadınlara film zallarına girmək, avtomobil idarə etmək, təkbaşına vətəndaşlıq pasportu və səyahət pasportu almaq, xarici ölkələrə getmək kimi haqlar tanınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm