Digər
Mərkəzi Asiyanın ən böyük gümüş yatağı Çinə satıldı
Tacikistan parlamentinin aşağı palatasının qərarı ilə Mərkəzi Asiyada ən böyük “Yakcilva” gümüş yatağı Çinin “Kaşi Sinyun Dadi Mayninq İnvestment Limited” şirkətinə satılıb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, Dağ-Bədəxşan Muxtar Respublikasında olan gümüş yatağında ilkin tədqiqatlara görə 204 ton 920 kiloqram gümüş var.
Tacik geoloqlarının fikrincə, “Yakcilva”dakı gümüş ehtiyatı Mərkəzi Asiyanın ən böyük gümüş yatağı sayılan “Böyük Koni Mansur” yatağındakı ehtiyatlardan qat-qat çoxdur. Belə ki, “Yakcilva”da bir ton filizin tərkibində 640 qram gümüş varsa, “Böyük Koni Mansurda” bu, 50 qramdır.
Xatırladırıq ki, Çinin “Bir kəmər, bir yol” proqramının həyata keçirilməsində Mərkəzi Asiya ölkələri mühüm rol oynayır. Belə ki, Mərkəzi Asiya Çin üçün Ön Asiya və Yaxın Şərqə çıxış yoludur və regionda faydalı qazıntılarla zəngin olan yataqlar var. Çin Mərkəzi Asiya ölkələrində həyata keçirilən infrostruktur və iqtisadi layihələrə həvəslə sərmayə qoyur.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ