Digər
Pekin ABŞ-a xəbərdarlıq etdi
Rəsmi Pekin Çinin Sincan Uyğur Muxtar Rayonunda insan haqlarının pozulması adı ilə Çinin 28 şirkətini qara siyahıya salmaq planına görə ABŞ-a sərt etirazını bildirib.
Publika.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan oktyabrın 8-də keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların belə əsassız iddialarının yolverilməz olduğunu, bu addımın beynəlxalq hüququn əsas normalarının ciddi şəkildə pozulması və Çinin daxili işlərinə kobud müdaxilə hesab etdiklərini deyib.
"Sincan Uyğur Muxtar Rayonunda qondarma insan haqları problemi yoxdur. ABŞ-ın bu ittihamları isə sadəcə, Çinin daxili işlərinə müdaxilə üçün bilərəkdən yaradılmış bəhanədir", - deyə Qen Şuan bildirib.
Çin XİN rəsmisi ABŞ-ın Çinin terrorizmə qarşı legitim fəaliyyətinə olan yanlış mövqeyini dərhal düzəltməyə çağırıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!