Dəfnindən 7 saat sonra evinə qayıtdı - ŞOK
Bizi izləyin

Digər

Dəfnindən 7 saat sonra evinə qayıtdı - ŞOK

İndoneziyanın Şərqi Yava əyalətinin Gesikan kəndində olduqca inanılmaz hadisə yaşanıb.

Axar.az “Asia One” portalına istinadən xəbər verir ki, hər şey motosikl qəzası ilə başlayır.

Belə ki, qəza keçirən motosikl sürücüsü tanınmaz hala düşür və onun üzərində şəxsiyyəti təsdiq edən hər hansı sənəd olmur.

Polis nömrədən nəqliyyat vasitəsinin 40 yaşlı Sunarto adlı şəxsə məxsus olduğunu müəyyən edir və beləliklə ölənin məhz o olduğuna qərar verilir.

Cəsəd Sunartonun ailəsinə təhvil verilir və dəfn edilir.

Lakin “torpağa tapşırılan” Sunarto 7 saatdan sonra evə qayıdır. O, bir müddət əvvəl Varim adlı dostundan borc aldığını, qarşılığında isə öz motosiklini girov qoyduğunu yaxınlarına izah edib.

Bununla da qəzada ölənin də Varim olduğu qənaətinə gəlinib.

Varimin ailəsi cəsədi məzardan çıxarmağa lüzum görməyib, sadəcə məzar daşındakı ad və soyad dəyişdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm