Digər
Ölkə ŞOKDA: 79 nəfərin ölümündən sonra daha iki tufan yaxınlaşır
“Hagibis” tufanından sonra baş vermiş daşqınların və torpaq sürüşmələrinin yaratdığı dağıntılardan tam özünə gəlməyən Yaponiyaya doğru daha iki tufan hərəkət edir.
Bu barədə oktyabrın 20-də Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Cari fəsildə sayca iyirminci olan “Neoquri” adlı tufanın oktyabrın 22-də səhər saatlarında Tokionun cənub-qərbinə yaxınlaşacağı proqnozlaşdırılır. Bildirilir ki, tufanın mərkəzində küləyin sürəti saniyədə 45 metrə çatır.
“Bualoy” adlanan tufanın da Yaponiyanın şərq sahillərinə cənub istiqamətindən yaxınlaşdığı və oktyabrın 26-da həmin əraziyə çatacağı gözlənilir. Sayca iyirmi birinci olacaq bu tufanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatır.
Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın mərkəzi rayonlarına çatan çox güclü “Hagibis” tufanı böyük dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 79 nəfər həlak olub, 10 nəfərin isə itkin düşüb. Bir çox rayonlarda təxliyə edilənlər hələ də evlərinə dönə bilmirlər. Tufan nəticəsində daha 400 nəfər müxtəlif dərəcəli xəsarət alıb (Azərtac).
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...