• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Bu ölkəyə gedən azərbaycanlıların SAYI ARTIB

  • Digər
  • 11 Noyabr 2019 16:25
  • 557 Baxış
Bu ölkəyə gedən azərbaycanlıların SAYI ARTIB

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycandan Gürcüstana 119,540 nəfər səyahət edib.

Publika.az APA-nın yerli bürosuna istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm İdarəsinin hesabatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8,585 nəfər və ya 7.7% çoxdur. Belə ki, 2018-ci ilin oktyabrında bu ölkəyə Azərbaycandan 110,955 nəfər səyahət edib. Oktyabrda Azərbaycan Gürcüstana ən çox səyahətçi göndərən ölkələr üzrə ikinci yerdə qərarlaşıb.

Oktyabr ayı ərzində Gürcüstana ümumilikdə 782,670 nəfər səyahət edib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.8% və ya 63,530 nəfər çoxdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR