Albaniyada zəlzələ qurbanlarının sayı artır: 31 ölü, 658 yaralı
Bizi izləyin

Digər

Albaniyada zəlzələ qurbanlarının sayı artır: 31 ölü, 658 yaralı

26 noyabrda Albaniyanın Dıraç şəhərindən 15 km məsafədə baş verən 6,3 ballıq zəlzələdən zərər çəkənlərin sayı artıb.

Publika.az xəbər verir ki, ölənlərin sayı 31-ə çatıb.

Bu barədə Albaniya Milli Müdafiə Nazirliyi məlumat yayıb. Səhiyyə və Sosial Mühafizə Nazirliyi 658 nəfərin yaralı olduğunu açıqlayıb. Onlardan 8-nin vəziyyəti ağırdır.

Paytaxt Tirana və Dıraç şəhərində 30 gündən az olmaqla, fövqəladə vəziyyət elan olunub.

Yerlə yeksan olan binaların dağıntıları altında qalanların xilasetmə işləri davam etdirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm