Yeni Nazirlər Kabinetinin tərkibi təsdiqləndi: 12 qadın, 7 kişi nazir olacaq - FOTO
Bizi izləyin

Digər

Yeni Nazirlər Kabinetinin tərkibi təsdiqləndi: 12 qadın, 7 kişi nazir olacaq - FOTO

Finlandiyanın yeni Nazirlər Kabinetinin tərkibi dünya miqyasında maraq doğurub.

Publika.az xəbər verir ki, ötən həftə Baş nazir Antti Rinnenin istefasından sonra 34 yaşlı Sanna Marinin tabeliyində qurulan və parlamentdən təsdiq alan yeni hökumətdə 12 qadın, 7 kişi təmsil olunur.

Gələn ilin yaz aylarında keçiriləcək seçkilərdə Sanna Marinin Sosial Demokrat Partiyasının sədri seçilməsi şübhəsiz görünür. Marin sədr seçilsə, koalisiyanı yaradan 5 partiyanın da sədri qadın olacaq.

Finlandiyanın yeni nazirlərinin gənc yaşda olması isə xüsusi diqqət çəkir:

Sanna Marin - 34 yaş

Sol İttifaqı lideri Li Anderson - 32 yaş

Mərkəz Partiyasının lideri Ketri Kulmuni – 32 yaş

Yaşıllar Partiyasını lideri Mariya Ohisalo – 34 yaş

Finlandiyanın İsveçli İnsanları Partiyasının lideri Ana - Maja Henrikson – 55 yaş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm