Qarabağda 25 əsgəri öldürüb, Talibana qoşuldular
Bizi izləyin

Digər

Qarabağda 25 əsgəri öldürüb, Talibana qoşuldular

Əfqanıstanın şənbə günü bir neçə əsgər öz xidmət yoldaşlarını güllələyərək, Taliban sıralarına qoşulublar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan mətbuatı yayıb.

Məlumata görə, insident Qəznə Vilayətinin Qarabağ rayonunda baş verib. Talibana qoşulan hərbçilərin 25 xidmət yoldaşını öldürdüyü bildirilib.

Onların postlarında olan silah-sursatla qaçdığı vurğulanıb.

Əfqanıstan Müdafiə Nazirliyi isə məsələni təkzib edərək, hərbçiləri taliblərin öldürdüyünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm