Diplomat Xarici İşlər Nazirliyinə çağırıldı
Bizi izləyin

Digər

Diplomat Xarici İşlər Nazirliyinə çağırıldı

Malayziyanın Hindistandakı səfirliyinin müvəqqəti işlər vəkili ölkəsinin Baş Naziri Mahathir Bin Mohamadın Hindistanda qəbul olunan vətəndaşlıq haqqında qanunun yeni versiyası barədə dediyi sözlərə görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, Malayziya diplomatına Baş Nazirin səsləndirdiyi fikirlərə görə Hindistanın etirazı çatdırılıb. Malayziya Baş Nazirinin söylədiyi fikirlərin Hindistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilərək, bu cür addımların başqa ölkənin daxili işlərinə qarışmamaqla bağlı diplomatik təcrübəyə, habelə iki ölkə arasında münasibətlərə uyğun olmadığı bildirilib. Hindistan tərəfi Malayziyaya ikitərəfli münasibətlərdə uzunmüddətli və strateji mövqe tutmağı təklif edib.

Qeyd edək ki, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman əhalisinin asan yolla Hindistan vətəndaşlığı əldə etmələrinə imkan verən yeni qanun barədə mənfi fikirlər səsləndirib. O, özünü dünyəvi dövlət adlandıran Hindistanın bu əməlinin müsəlmanlara qarşı ayrı-seçkilik yaratdığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm