Bu ölkə NATO ilə birgə təlimlər keçirəcək
Bizi izləyin

Digər

Bu ölkə NATO ilə birgə təlimlər keçirəcək

Belarus NATO ilə birgə sülhməramlı təlimlərin keçirilməsi üçün danışıqlar aparır.

Publika.az-ın xəbərinə görə, bu barədə TASS-a Belarus Müdafiə Nazirliyindən bildirilib.

"NATO ilə birgə təlimlərə gəlincə, söhbət hazırlıq barədə deyil, danışıqlar prosesindən gedir", - qurumdan deyilib.

Müdafiə Nazirliyindən Belarusun Alyansla əməkdaşlığı inkişaf etdirməyə hazır olduğu qeyd edilib, vurğulanıb ki, bu da xarici tərəfdaşlarla dost və mehriban qonşuluq münasibətlərini qorumağa yönəlmiş dövlətin çoxvektorlu xarici siyasətinin istiqamətlərindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm