Prezidentə edam qərarı çıxarıldı
Bizi izləyin

Digər

Prezidentə edam qərarı çıxarıldı

Yəməndə husilərin nəzarətindəki məhkəmə Prezident Mənsur Hadi barəsində edam qərarı çıxarıb.

Axar.az xəbər verir ki, ölkə başçısı İsrailə casusluqda ittiham edilib.

Məhkəmə, həmçinin, vətənə xəyanətdə ittiham edilən Baş nazir Muin Əbdülməlik və sabiq xarici işlər naziri Xalid əl-Yəməninin də edam edilməsinə qərar verib.

Hər üç şəxsin ölkə daxilindəki və xaricindəki mülklərinə həbs qoyulub.

Yəmən hökumətindən hələlik məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Ə.Hadi 2012-ci ildən Yəmənin prezidentidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm