Dünya QORXUNC FƏLAKƏTLƏ üz-üzə: minlərlə insan qaçır
Bizi izləyin

Digər

Dünya QORXUNC FƏLAKƏTLƏ üz-üzə: minlərlə insan qaçır

Filippin adalarındakı Taal vulkanının püskürməsi ölkədə təşviş yaradıb.

Publika.az xəbər verir ki, vulkanın ətrafa püskürtdüyü kül və dumanla birlikdə ildırım çaxmaları əhali arasında qorxuya səbəb olub.

Paytaxt Manilada məktəblərin işinə fasilə verilib. Turistik ada və ətrafından 16 min insan təxliyə olunub.

Manila Beynəlxalq Hava limanında ötən gün 240-dan çox reys təxirə salınıb. Bu gün uçuşlara qismən başlanıb. Bölgədə elektrik və suyun verilişində fasilələr yaranıb. İctimai məkanlarda və açıq havada qalmağa məcbur olan insanlar qoruyucu maskadan istifadə edir.

Seysmoloqlar dünyanın ən kiçik aktiv vulkanı olan Taalın fəaliyyətinin sürətlə yüksəldiyini və təəccüblü səviyyəyə çatdığını bildirir. Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun araşdırma üzrə baş mütəxəssisi Mariya Antoniya vulkanda lavanın təsbit edildiyini, lakin hələ dərində yerləşdiyini açıqlayıb. Qeyd edib ki, hər an təhlükəli partlayış baş verə bilər.

İnstitut bununla əlaqədar təhlükə səviyyəsini beş ballıq şkala üzrə üçüncü səviyyəyə qaldırıb.

Təbiət hadisəsinə görə ölkədə fövqəladə rejim tətbiq olunur. Bu rejimin elan edilməsi zərər çəkmiş ərazilərdə vəziyyəti sabitləşdirmək üçün yardım göstərilməsi, bərpa, yenidənqurma və digər işlərə xüsusi fonddan vəsaitin ayrılmasını nəzərdə tutur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm