• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Pakistan-Hindistan sərhədində DƏHŞƏT: çox sayda ölü var

  • Digər
  • 14 Yanvar 2020 14:52
  • 2 469 Baxış
Pakistan-Hindistan sərhədində DƏHŞƏT: çox sayda ölü var

Pakistanda bazar günündən etibarən yağan güclü qar tələfata səbəb olub.

Publika.az xəbər verir ki, Bəlucistan vilayətində kəskin qar yağışı səbəbilə evlərin damları çöküb və altında qalan 57 insan ölüb. Yollar və hava limanları bağlanıb.

Pakistanın nəzarətində olan Azad Cəmmu və Kəşmir, həmçinin Sind və Pəncab vilayətlərində isə kəskin yağışlar selə səbəb olub.

Su basqınları nəticəsində Kəşmirdə 15, Sinddə 1, Pəncabda 3 nəfər ölüb.

Azad Cəmmu və Kəşmirdə qar uçqunları nəticəsində 4 hərbçi və 5 dinc sakin ölüb. İlk hadisə bazar ertəsi gündüz saatlarında baş verib, qar uçqunu ordu postunun üstünə düşüb. Üç hərbçi ölüb, biri yaralanıb, biri itkin düşüb.

Digər olayda sərhəd təhlükəsizliyi xidmətinin hərbçisi uçqun zamanı ölüb, 6 nəfər xilas edilib. Başqa bir uçqun nəticəsində isə 5 dinc sakin ölüb, 4 nəfər xilas edilib.

Bağlanan yollarda köməksiz vəziyyətdə qalan 500 nəfər əsgərlər tərəfindən xilas edilib. Bölgələrdə xilasetmə işləri aparılır. Axtarışlara helikopterlər də qatılıb.

Qeyd edək ki, Pakistanın bəzi bölgələri son 50 ilin ən kəskin qar yağışına şahidlik edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR