Güclü zəlzələyə doğum zamanı yaxalandılar - Həkimlər görün nə etdi (VİDEO)
Bizi izləyin

Digər

Güclü zəlzələyə doğum zamanı yaxalandılar - Həkimlər görün nə etdi (VİDEO)

Türkiyənin Elazığ vilayətində baş verən zəlzələ zamanı lentə alınmış daha bir görüntü yayılıb.

Publika.az xəbər verir ki, görüntülər Malatyadakı özəl xəstəxanada doğum zamanı lentə alınıb. Uşaq dünyaya gələndən bir neçə dəqiqə sonra güclü zəlzələ baş verib. Bununla belə, həkimlər doğum şöbəsini tərk etməyib. Onlar həm uşağın həm də ananın təhlükəsizliyini təmin etmək üçün şöbədə qalıblar.

Qeyd edək ki, Elazığ vilayətində baş verən rixter cədvəli üzrə 6,8 bal gücündəki zəlzələ nəticəsində ümumilikdə 38 nəfər həyatını itirib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm