Koronavirusa yoluxanların sayı 5 minə çatıb: 100-dən çox ölən var
Bizi izləyin

Digər

Koronavirusa yoluxanların sayı 5 minə çatıb: 100-dən çox ölən var

Çində koronavirusa yoluxanların sayı artıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanların sayı 4515 nəfərə çatıb.

Daha əvvəl “Vani” portalı Çin regionlarının məlumatına əsasən virusa yoluxanların sayının 4477 nəfərə çatdığını, 106 nəfərin öldüyünü xəbər verib.

“Agence France-Presse” isə bildirib ki, ötən gün Hubey əyalətində yeni pnevmaniyadan daha 24 nəfər həlak olub. Həmçinin virusa 1291 yeni yoluxma hadisəsi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm