Dünyada fövqəladə vəziyyət elan edildi
Bizi izləyin

Digər

Dünyada fövqəladə vəziyyət elan edildi

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət elan edib.

Publika.az xəbər verir ki, təşkilatın təcili toplantısının nəticələrinə dair açıqlamada belə deyilir. Bildirilib ki, yeni növ koronavirusun yayılması ilə bağlı bütün dövlətlər təhlükəsizlik qaydalarına riayət etməlidir. Açıqlamaya görə, lazımi tədbirlər görülməsə pandemiya fəlakətə yol açacaq.

Qeyd edək ki, 15-dən çox ölkəyə yayılan koronavirus nəticəsində Çində 170-dən çox insan həyatını itirib. Minlərlə insan virusa yoluxub.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm