DİQQƏT: Çində daha bir epidemiya yayıldı - Minlərlə heyvan tələf oldu
Bizi izləyin

Digər

DİQQƏT: Çində daha bir epidemiya yayıldı - Minlərlə heyvan tələf oldu

Səudiyyə Ərəbistanı və Vyetnamda quş qripi ( H5N1 virusu) epidemiyası yayılıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanında quş qripinin H5N8 qolu yayılır. 30 yanvarda başlayan epidemiyada 22 mindən çox quş tələf olub. 385 min 300-ü məhv edilib.

Vyetnamda isə 18 yanvarda quş qripinin H5N6 tipi yayılıb. Ölkənin şimalında 2 mindən çox quş tələf olub. Kənd Təsərrüfatı Nazirliyinin Heyvan Sağlamlığı Dairəsinin sədri Donq Pam Van 300-dən çox quşun tələf edildiyini açıqlayıb.

Qeyd edək ki, bu ayın əvvəlində Çinin Kənd Təsərrüfatı Nazirliyi Hunan əyalətindəki H5N1 virusunun yeni tip epidemiyaya çevrildiyini bəyan etmişdi. Hesabata görə, 7 min 850 quş qripdən tələf olub, 4 min 500-ə yaxını isə məhv edilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı insanlara da asanlıqla yoluxa bilən bu qripə qarşı vaksin hazırlayıb.

Əlavə edək ki, Çinin Uhan şəhərində dəniz məhsulları bazarından yayılan koronavirus nəticəsində 500-ə yaxın insan ölüb. Dünyada fövqəladə vəziyyət elan olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm