Liviyanın taleyi bu tarixdə həll ediləcək
Bizi izləyin

Digər

Liviyanın taleyi bu tarixdə həll ediləcək

Fevral ayının 26-da Cenevrədə Liviya münaqişəsi üzrə toplantı təşkil olunacaq.

Publika.az xəbər verir ki, bu barədə BMT-dən açıqlama verilib. Məlumata görə, toplantının məqsədi Liviyada davamlı sabitliyi təmin etməkdir. Konfransda bir sıra xarici ölkə nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Konfransın tərəflər üçün vacib olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl Berlində təşkil edilən Liviya münaqişəsinə dair toplantıdan sonra tərəflər atəşkəsə riayət edəcəklərini bildirmişdi. Lakin Liviyada toqquşmaların davam etdiyinə dair məlumatlar var.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm