SON DƏQİQƏ: Bu ölkədə ŞİDDƏTLİ ZƏLZƏLƏ baş verdi - Sunami xəbərdarlığı edildi
Bizi izləyin

Digər

SON DƏQİQƏ: Bu ölkədə ŞİDDƏTLİ ZƏLZƏLƏ baş verdi - Sunami xəbərdarlığı edildi

İndoneziyanın Maluku əyalətində rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Şərqi Seram bölgəsindən 117 kilometr məsafədə yerin 28 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların gücünün 5,8 bal olduğunu vurğulayıb. Sunami barədə xəbərdarlıq edilsə də, yerli mənbələr dalğaların hündürlüyünün sahilə çatana qədər azalacağını bəyan edib. Dağıntı və tələfat barədə məlumat yoxdur. Bölgəyə çox sayda xilasedici cəlb edilib.

Qeyd edək ki, 7 ay əvvəl Malukuda baş verən 6,8 bal gücündəki zəlzələ dağıntı və tələfata yol açmışdı.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm