Koronavirusu müalicə edən həkim öldü
Bizi izləyin

Digər

Koronavirusu müalicə edən həkim öldü

Çinin Uhan şəhərinin müvəqqəti xəstəxanalarından birinin baş həkimi koronavirusdan ölüb.

Publika.az xəbər verir ki, «COVID19-a yoluxmuş Uçan xəstəxanasının direktoru Lyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusan ölən ilk tibb müəssisəsi rəhbəridirir”, - nəşr yazıb.

Xatırladaq ki, Çinin hakimiyyət orqanları Ümumdünya Səhiyyə Təşkilatını 2019-cu ilin dekabrın 31-də ölkədə yeni virusun yayılması barədə məlumatlandırıb. Mütəxəssislər bunun 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər.

Çində virusa yoluxanların sayı 70,5 min nəfəri ötüb. Ölkədə 1770 nəfər virusdan vəfat edib. Daha 10,8 min nəfər müalicə edilərək sağalıb. Çindən kənarda bu virusa yoluxanların sayı 700 nəfərdən çoxdur. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm