47 il əvvəl ABŞ-da itən üzük baxın hansı ölkədə tapıldı - FOTOLAR/VİDEO
Bizi izləyin

Digər

47 il əvvəl ABŞ-da itən üzük baxın hansı ölkədə tapıldı - FOTOLAR/VİDEO

Video əlavə olunub.

***

ABŞ-ın Oreqon ştatında yaşayan 63 yaşlı Debra Makkenanın 47 il əvvəl itirdiyi üzük Finlandiyada meşəlik ərazidə tapılıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Debra adlı xanıma üzüyü 1973-cü ildə sevgilisi verib. Lakin xanım üzüyü itirib. Üzük Finlandiyanın cənub-qərbindəki Kaarina qəsəbəsində meşəlik ərazidə təsadüfən metal detektor vasitəsiylə tapılıb.

Üzüyün üzərindəki hərflər vasitəsiylə onun ABŞ-da yaşayan şəxsə aid olduğu müəyyən edilib. Axtarışlardan sonra həmin şəxsin Debra adlı xanım olduğu üzə çıxıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm