Sabiq prezident həbs olundu - Milyonlarla dollar ödəyəcək
Bizi izləyin

Digər

Sabiq prezident həbs olundu - Milyonlarla dollar ödəyəcək

Koreya Xalq Demokratik Respublikasının keçmiş prezidenti Li Myon Bak haqqında həbs qərarı çıxarılıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Seul Ali Məhkəməsi qərar qəbul edib.

Sabiq prezident vəzifəsindən sui-istifadə və külli miqdarda rüşvət almaqda ittiham olunur. Prokurorluq keçmiş dövlət başçısını ən böyük səhmdarı olduğu avtomobil hissələri istehsal edən DAS şirkətinin vəsaitlərini mənimsəməkdə, həmçinin prezidentliyi dövründə “Samsung Electronics”dən rüşvət almaqda şübhəli bilib.

Buna görə onun barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə şəklində həbs qətimkan tədbiri seçilib. Əlavə olaraq, təqsirkar 15,7 milyon ABŞ dolları məbləğində cərimə ödəməlidir.

Qeyd edək ki, 78 yaşlı Li Myon Bak 2008-2013-cü illərdə vəzifədə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm