• USD 1,7000 0,00% EUR 1,9187 +0,51%
    • GBP 2,1242 +0,29% RUB 0,0239 -0,84%

239 sərnişinlə yoxa çıxan təyyarə barədə ŞOK İDDİA

  • Digər
  • 19 Fevral 2020 19:29
  • 2 601 Baxış
239 sərnişinlə yoxa çıxan təyyarə barədə ŞOK İDDİA

Avstraliyanın keçmiş Baş naziri Toni Abbot 2014-cü ildə yoxa çıxan Malayziya hava yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı açıqlama verib.

Publika.az-ın məlumatına görə, o bildirib ki, təyyarənin pilotu intihar məqsədiylə nəqliyyat vasitəsini okeana çırpıb. Keçmiş hökumət başçısının sözlərinə görə, Malayziyanın yüksək rütbəli nümayəndələri də pilotun intihar etdiyi ehtimalını irəli sürür. Bildirilir ki, psixoloji problemləri olan pilot, izləmə cihazını bağladığı üçün laynerin dəqiq hansı ərazidə düşdüyünü müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, Kuala-Lumpur Pekin marşrutu üzrə uçan layner 239 sərnişin ilə yoxa çıxıb. 1 ildən çox aparılan axtarışlar nəticə verməyib. Müxtəlif dövrlərdə təyyarənin tapıldığına dair iddialar yayılsa da, təsdiqini tapmayıb.

Anar Türkeş

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR