SON DƏQİQƏ: güclü zəlzələ baş verdi
Bizi izləyin

Digər

SON DƏQİQƏ: güclü zəlzələ baş verdi

İndoneziyanın Maluku əyalətində 6,7 bal gücündə zəlzələ olub.

Publika.az xəbər verir ki, Qərbi Maluku Tenqqara bölgəsinin 56 km şimal-qərbində, yerin 28 km dərinliyində yeraltı təkanlar baş verib.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumu (BMKG) faktı təsdiqləyib.

İlkin məlumata görə, tələfat yoxdur. Sunami xəbərdarlığı da verilməyib.

ABŞ Geoloji Təhqiqatlar Bürosu zəlzələnin şiddətini 5,9 bal olaraq açıqlayıb.

Qeyd edək ki, Maluku əyalətinin paytaxtı Ambonda 26 sentyabr 2019-cu ildə meydana gələn 6,8 bal gücündəki zəlzələdə 36 nəfər həlak olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm