Telefon danışığının DETALLARI AÇIQLANDI: Trampdan Ərdoğana tam dəstək
Bizi izləyin

Region

Telefon danışığının DETALLARI AÇIQLANDI: Trampdan Ərdoğana tam dəstək

“Ağ ev” ABŞ prezidenti Donald Tramp və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında ötən gün baş tutan telefon danışığının detalları barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, yazılı açıqlamaya görə, dövlət başçıları telefon söhbəti zamanı əsasən İdlibdəki vəziyyəti müzakirə ediblər. Suriya ordusunun hücumlarını qınayan Tramp, İdlibdə həlak olan türkiyəli hərbçilərə görə başsağlığı verib. Açıqlamada bildirilir:

“Prezident Tramp Türkiyənin Suriyanın şimalında humanitar fəlakətin qarşısını almaq və gərginliyi azaltmaq üçün atdığı addımları dəstəkləyir. Liderlər humanitar fəlakətin qarşısının alınması, qaçqın axının dayanması üçün Suriya, İran və Rusiyanın hücumlarının dayandırılması barədə eyni fikirdədir”.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm