Buzlar əriyəndən sonra üzə çıxdı - Çobandan TARİXİ TAPINTI (FOTO)
Bizi izləyin

Digər

Buzlar əriyəndən sonra üzə çıxdı - Çobandan TARİXİ TAPINTI (FOTO)

Norveçin şimalında iqlim dəyişikliyi səbəbiylə buzların əriməsi tarixi tapıntının üzə çıxmasına səbəb olub.

Publika.az xəbər verir ki, buzların altında Vikinqlərə məxsus ox ucu aşkar edilib. Məlumata görə, xarici görünüşünü saxlayan ox ucunun 1500 il əvvələ aid olduğu bildirilir. Metal parçasının uzunluğu 18, eni isə 2 santimetrdir.

Çəkisi 30 qram olan metal parçası tarixçilərin nəzarətinə götürülüb. Qeyd edək ki, ox ucunu təsadüfən ərazidən keçən çoban tapıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm