Çində vəziyyət dəyişir - Son 24 saatda...
Bizi izləyin

Digər

Çində vəziyyət dəyişir - Son 24 saatda...

Çində Kovid-19 epidemiyası səbəbilə dünyasını dəyişənlərin sayı 3 min 172-yə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 11 nəfər dünyasını dəyişib, 15 yeni yoluxma faktı aşkarlanıb.

80 min 793 nəfər virusa yoluxub. Onlardan 62 min 793-ü sağalıb. 253 nəfərdə koronavirusa yoluxma şübhəsi mövcuddur. 13 min 701 nəfər müşahidədə saxlanılır.

Qeyd edək ki, Hubey əyalətinin Uhan şəhərində 12 dekabrda ortaya çıxan Kovid-19 epidemiyası dünyanın 120-yə yaxın ölkəsinə yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm