Hər şey tərsinə çevrildi - 24 saatda yalnız 1 nəfər "korona"ya... - - FOTOLAR
Bizi izləyin

Digər

Hər şey tərsinə çevrildi - 24 saatda yalnız 1 nəfər "korona"ya... - - FOTOLAR

Yeni tip koronavirusun (Covid-19) ortaya çıxdığı Çinin Uhan şəhərində son 24 saatda yalnız 1 nəfər virusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkə miqyasında 21 yeni yoluxma faktı aşkarlanıb. Onlardan 12 nəfəri Uhanın yerləşdiyi Hubey əyalətində qeydə alınıb. 45 yeni insan virus şübhəsi ilə müşahidə altına alınıb.

Bu rəqəmlərlə birlikdə ölkədə yoluxma sayı 80 min 881-ə çatıb. Ölüm halları isə 3 min 226 olub. 68 min 679 nəfər sağalaraq evə buraxılıb.

Koronavirusun episentri hesab edilən Uhanda xəstə sayının sürətlə azalması epidemiyaya qarşı mübarizə tədbirlərinin böyük ölçüdə uğur qazandığı anlamına gəlir.

Qeyd edək ki, koronavirus dünyanın 160-a yaxın ölkəsində 180 mindən çox insana yoluxub. 7 min 174 nəfər dünyasını dəyişib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm