
İtaliyada koronavirusun sürətlə yayılması Səhiyyə Nazirliyini çıxılmaz vəziyyətə salıb.
Publika.az xəbər verir ki, xəstələrin sayı çox olduğundan xəstəxanalarda yerlər dolub. Vəziyyət o dərəcəyə çatıb ki, xəstələr xəstəxanaların dəhlizlərində müalicə edilir. Məlumata görə, İtaliyada 2100-dən çox insan virusdan dünyasını dəyişib. 30 minə qədər insan virusa yoluxub.
Anar Türke