Aylar sonra Çində BİR İLK oldu
Bizi izləyin

Digər

Aylar sonra Çində BİR İLK oldu

Yeni tip koronavirusun (Kovid-19) mərkəz bazası olan Çinin Uhan şəhərində epidemiyanın başlamasından bəri ilk dəfə iki gün ərzində yalnız 1 yoluxma faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda ölkə miqyasında 13 yeni yoluxma faktı qeydə alınıb.

Bununla belə, ölüm sayı 3 min 237-yə çatıb. Ümumilikdə, koronavirusun keçdiyi insan sayı 80 min 894-dür. Onlardan 69 min 614-ü sağalıb.

Qeyd edək ki, koronavirus ilk dəfə 12 dekabrda ortaya çıxıb. Uhan şəhəri 15 gün sonra karantinə alınmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm