Koronavirusla mübarizə aparan İrana NÖVBƏTİ ŞOK: ABŞ açıqladı
Bizi izləyin

Digər

Koronavirusla mübarizə aparan İrana NÖVBƏTİ ŞOK: ABŞ açıqladı

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb. Açıqlamaya görə, qadağalar əsasən İranın neft-kimya sənayesini əhatə edir. Belə ki, aralarında İrandan əlavə Çin və Cənubi Afrikaya məxsus şirkətlər də olmaqla 9 qürum sanksiyalara məruz qalıb.

Həmçinin, İranın terror fəaliyyətlərinə və İraqdakı ABŞ bazasına hücumuna dəstək verdiyi iddia edilən 3 şəxs qadağalara məruz qalıb. Dövlət Departamentinin məlumatına görə, sanksiyaların məqsədi İran üzərində təzyiqi artırmaqdır.

Qeyd edək ki, dünya dövlətləri koronavirus səbəbiylə İrana qarşı bəzi qadağaların ləğvini tələb edir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm