ABŞ yardım adı ilə onları silahlandıracaq - İddia
Bizi izləyin

Digər

ABŞ yardım adı ilə onları silahlandıracaq - İddia

ABŞ koronavirusun yayılması səbəbindən Rukban qaçqın düşərgəsinə humanitar yardım adı altında suriyalı yaraqlılara hərbi avadanlıq göndərməyi planlaşdırır.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya-Suriya Koordinasiya Mərkəzi məlumat yayıb.

“ABŞ tərəfindən təlimat alan sözdə düşərgə rəhbərliyi yerli xalqın “kritik” vəziyyətini və “humanitar fəlakətin” qarşısını almaq üçün təcili olaraq beynəlxalq yardım ehtiyacına dünya ictimaiyyətini inandırmaqla bağlı təbliğat kampaniyası aparır. Rukban qaçqın düşərgəsindəki humanitar böhran ABŞ-ın qeyri-qanuni işğalının nəticəsidir. Rusiya və Suriya düşərgədəki insanların dərhal rəsmi Dəməşqin nəzarəti altında olan ərazilərə evakuasiya edilməsi üçün bütün lazımi tədbirləri görüb və görməkdə davam edcək”, - məlumatda bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm