Bu ölkə daha bir fəlakətlə üz-üzə: yüz min insan...
Bizi izləyin

Digər

Bu ölkə daha bir fəlakətlə üz-üzə: yüz min insan...

İndoneziyanın Qərbi Yava əyalətində leysan yağışların yol açdığı seldən 101 min 644 min insan zərər çəkib.

Publika.az xəbər verir ki, ölkənin “Antara” İnformasiya Agentliyinin məlumatına görə, əyalətin paytaxtı Bandunqda bazar günündən bəri yağan aramsız yağış 7 yerdə sel yaradıb.

Evləri ciddi zərər görən 3 min 298 nəfər təxliyə olunub.

Qeyd edək ki, Yeni il günü paytaxt Cakarta, Depok, Bekasi və Tanqeranq şəhərləri ilə yanaşı, Boqor və Lebak bölgəsində yağan şiddətli yağışlar nəticəsində 60-dan çox insan həlak olmuşdu.

Son rəqəmlərə görə, İndoneziyada 1 677 nəfər koronavirusa yoluxub. Onlardan 157 nəfəri ölüb, 103-ü sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm