• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Türkmənistanda niyə koronavirus yoxdur? - SİRR AÇILDI

  • Digər
  • 2 Aprel 2020 21:15
  • 7 566 Baxış
Türkmənistanda niyə koronavirus yoxdur? - SİRR AÇILDI

Məlum olduğu kimi, koronavirusun (COVİD-19) qeydə alınmadığı ölkələrdən biri də Türkmənistandır.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu türk ölkəsində COVİD-19 virusu ilə bağlı heç bir rəsmi qurumun açıqlama verməməsi diqqət çəkib.

İddia edilir ki, hələ İranda koronavirus sıçrayışı baş verməzdən əvvəl Türkmənistan bu ölkə ilə sərhədləri bağlamaq qərarı verib.

Hətta hökumət 21 mart Novruz bayramı ilə bağlı kütləvi şənlikləri də qadağan etməyə ehtiyac görməyib.

Deyilir ki, ölkənin koronavirusdan yayınmağının ən önəmli səbəblərindən biri də Prezident Qurbanqulu Berdiməhəmmədovun şəfalı bitkilərin istifadəsi barədə xalqa tövsiyələr verməsidir.

Dövlət başçısı xüsusilə üzərliyin virusa qarşı mübarizədə daha təsirli bitki olduğunu bəyan edib və xalqa bundan istifadəyə etməyi məsləhət görüb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR