SON DƏQİQƏ: Gözlənilmədən hücuma keçdilər - Neft stansiyası BOMBALANDI
Bizi izləyin

Digər

SON DƏQİQƏ: Gözlənilmədən hücuma keçdilər - Neft stansiyası BOMBALANDI

Yəməndəki Husi üsyançıları Marib vilayətində yerləşən neft nasos stansiyasına raket zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə Yəmən hökumətindən açıqlama verilib. Hadisəni təxribat adlandıran hakim dairələr, tələfat və dağıntı barədə məlumat verməyib. Lakin bəzi dairələr ciddi dağıntılar olduğunu bildiriblər. Nəticədə ölkənin ən önəmli neft stansiyasının fəaliyyəti dayanıb.

Yəmən hökuməti hücumların qarşısının alınması üçün yerli qüvvələri və beynəlxalq təşkilatları üsyançılara müdaxilə etməyə çağırıb. Husi üsyançıları isə iddiaları rədd edərək, neft stansiyasına hücum həyata keçirmədiklərini bildiriblər.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm