ABŞ-dan Talibana XƏBƏRDARLIQ
Bizi izləyin

Digər

ABŞ-dan Talibana XƏBƏRDARLIQ

Taliban zorakılığa son qoymalıdır.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Əfqanıstadakı hərbi qüvvələrinin sözçüsü Sonni Leqqet Talibanın ittihamlarına cavabında deyib.

O bildirib ki, zorakılığın dayandırılması əfqan xalqının tələbidir:

“Əfqanlara uyğun olacaq müqavilə ilə bağlı irəliləyiş əldə olunmalıdır. Bütün tərəflər koronavirusla mübarizəyə köklənməlidir”.

Qeyd edək ki, bu ilin fevralın sonunda Qətərdə ABŞ və Taliban razılaşma imzalamışdılar. Razılaşmaya əsasən, ABŞ 14 ay ərzində öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmalı idi.

Taliban isə bu günlərdə ABŞ-ı razılaşmanı pozmaqda ittiham edib. Belə ki, Taliban həbsdə olan 5 min talibin azad olunması prosesinin ləngidildiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm