Küçələrdən 500 cəsəd yığdılar - Koronavirus DƏHŞƏTİ
Bizi izləyin

Digər

Küçələrdən 500 cəsəd yığdılar - Koronavirus DƏHŞƏTİ

Cənubi Amerika ölkəsi Ekvadorun Quayaquil şəhərində insanlıq dramı yaşanır.

Publika.az xəbər verir ki, son 1 həftə ərzində şəhərdəki xəstəxana və evlərdən 500 cəsəd toplanıb.

Ölkə mətbuatında yayılan məlumatlara görə, 12 martdan elan edilən karantin tədbirlərinə görə evlərdən ölülər çıxarılmır və dəfn xidmətləri göstərilmir. Buna görə də cəsədlərin toplanması işi ordunun köməyi ilə qurulan yardım qrupuna həvalə edilib.

Qrupun lideri Corc Veyted daha əvvəl verdiyi açıqlamada 23 martdan bəri şəhərdən 1300 cəsədin toplandığını, lakin bunlardan neçəsinin koronavirusdan öldüyünü bilmədiklərini demişdi.

Ekvadorda COVID-19 pandemiyasının mərkəzi kimi qəbul edilən Quayas əyalətində 2 min 500-dən çox insanın infeksiyaya yoluxduğu, 130 nəfərin öldüyü açıqlanıb.

16 milyondan çox əhalisi olan ölkədə ümumilikdə 191 nəfər koronavirusdan dünyasını dəyişib. 3 min 747 nəfər infeksiyaya yoluxub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm