• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

ŞOK: Yer kürəsi fəlakətlərin astanasındadır - “Böyük ölüm” yaxınlaşır

  • Digər
  • 9 Aprel 2020 08:00
  • 19 320 Baxış
ŞOK: Yer kürəsi fəlakətlərin astanasındadır -  “Böyük ölüm” yaxınlaşır

Yer kürəsi böyük fəlakətlərin astanasındadır.

Publika.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, İtaliyadan olan alimlərin araşdırmasına görə, yer kürəsində 250 milyon il əvvəlki hadisələr müşahidə olunur. 250 milyon il əvvəl karbon qazının yüksək olması və böyük vulkanik partlayışlar nəticəsində canlılar kütləvi məhv olmuşdu. Alimlər antik qaya parçalarını araşdıraraq, hazırki karbon qazının miqdarının 250 milyon əvvəlki səviyyəyə yaxın olduğunu müəyyən ediblər.

Elm adamları hesab edir ki, qabaqlayıcı tədbirlər görülməsə bu əsrin sonuna qədər qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi, okeandakı zərərli maddələrin miqdarının artması və atmosferdəki karbon qazının miqdarı 250 milyon il əvvəlki ilə eyni səviyyəyə çatacaq. Nəticədə, Dünya, canlıların 6-cı kütləvi yox olmasına şahid olacaq.

Qeyd edək ki, 250 milyon il əvvəl baş verən və tarixə “Böyük ölüm” adıyla düşən kütləvi yoxolma zamanı qurudakı canlıların 60, sudakı canlıların isə 96 faizi məhv olmuşdu.

Anar Türkeş

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR