Tramp Putin və Salmanla neftin qiymətini müzakirə etdi
Bizi izləyin

Digər

Tramp Putin və Salmanla neftin qiymətini müzakirə etdi

ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə “Ağ ev” rəhbəri özü açıqlama verib. Telefon danışığı zamanı neftlə bağlı məsələlərin müzakirə olunduğunu deyən Tramp, danışıqların məhsuldar keçdiyini bildirib. Onun sözlərinə görə, telefon danışığı bir saatdan çox davam edib:

“Bildiyimiz kimi OPEK+ dövlətlərinin görüşü oldu. Razılaşmanın əldə olunması çox yaxındır”.

Tramp əlavə edib ki, telefon danışığı zamanı qlobal məsələlər və koronavirus pandemiyası da müzakirə edilib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm