3 min kilometr ərazi düşməndən təmizləndi - Son günlərin ən ağır zərbəsi
Bizi izləyin

Digər

3 min kilometr ərazi düşməndən təmizləndi - Son günlərin ən ağır zərbəsi

Milli Barışıq Hökuməti Misrata şəhərindən Tunisin sərhədlərinə qədər uzanan 3 min kv/km ərazini qiyamçı general Xəlifə Haftarın ordusundan təmizləyib.

Publika.az xəbər verir ki, yeni tip koronavirus pandemiyasına rəğmən, Haftar qüvvələrinin paytaxt Tripolidəki dinc sakinlərə qarşı qisas cəhdlərini artırması və beynəlxalq ictimaiyyətin bu hücumlar qarşısında səssiz qalmasından sonra MBH ordusu “Barış fırtınası” əməliyyatını sürətləndirib.

Hərəkat çərçivəsində bugünədək generala aid 3 Rusiya istehsalı “Su-22” tipli döyüş təyyarəsi, çox sayda tank, top, zirehli avtomobil, ağır silahlar və hərbi düşərgələr məhv edilib. 3 silah daşıyan yük maşını havaya uçurulub. Maşınlardakı “Qrad” raketləri ilə yanaşı, avtomatik silah və mərmilər istifadəsiz hala gəlib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm