Digər
Uhandan şok görüntülər: Virus burdan yayılıb - FOTO
Çinin Uhan şəhərindəki Virusologiya İnstitutuna aid buzxanada aralarında koronavirusun da olduğu 1500 fərqli virusun saxlanıldığını göstərən görüntülər ortaya çıxıb.
Axar.az xəbər verir ki, fotoların 2018-ci ildə Çinin xəbər agentliyi tərəfindən Tvitter vasitəsilə yayımlandığı və daha sonra silindiyi məlum olub.
İngilis mətbuatı həmin virusların qorunduğu buzxananın qapılarından birinin sınıq olduğunu yazıb.
ABŞ-ın CNN telekanalı da ABŞ kəşfiyyatının COVID-19 virusunun Uhanda yarasa viruslarında araşdırma aparan laboratoriyaların birindən yayıldığı iddalarını araşdırdığını bildirib.
Qeyd olunub ki, Uhandakı Virusologiya İnstitutunda olan iki diplomat 2018-ci ilin yanvar ayında laboratoriyadakı təhlükəsizlik tədbirlərinin az olduğunu və burada aparılan işlərin SARS virusuna bənzər xəstəliyə yol açacağına səbəb olacağı ilə bağlı Xarici İşlər Nazirliyini xəbərdar edib.
Onu da qeyd edək ki, həmin laboratoriya vəhşi heyvanların satıldığı bazarın yaxınlığında yerləşir.
CNN kəşfiyyat orqanlarına istinadla bildirir ki, ABŞ rəsmiləri virusun bioloji silah olduğuna inanmır, amma COVİD-19-un buradan təsadüfən yayılması ehtimalını araşdırırlar.
ABŞ Baş Qərargah rəisi Mark Milli bununla bağlı açıqlamasında kəşfiyyatın bu iddiaları ciddi şəkildə araşdırdığını, virusun təbii yolllarla ortaya çıxdığına dair önəmli sübutların olmasına baxmayaraq heç bir nəticə əldə edə bilmədiyini bildirmişdi.
ABŞ dövlət katibi Mayk Pompeo da ABŞ-ın koronavirusun kökünü anlamaq üçün ciddi şəkildə işlədiklərini demişdi.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!