Koronavirus iki ölkəni üz-üzə qoydu: Prezidentdən SƏRT SÖZLƏR
Bizi izləyin

Digər

Koronavirus iki ölkəni üz-üzə qoydu: Prezidentdən SƏRT SÖZLƏR

Rusiyanın Belarusa göndərdiyi koronavirus testləri iki ölkə arasında gərginliyə yol açıb.

Publika.az DHA agentliyinə istinadən xəbər verir ki, Belarus tərəfi test ləvazimatlarının yararsız olduğunu açıqlayıb. Prezident Aleksandr Lukaşenkonun sözlərinə görə, testlər tez-tez səhv nəticələr göstərir. Rusiyadan gələn ləvazimatlar üçün “Cəhənnəm olsun” ifadəsini işlədən dövlət başçısı, deyib:

“Rus testlərindən imtina etdik. Səhv nəticələr göstərirlər. Çin məhsulundan istifadə etdik. Sadəcə 1 nəfərdə koronavirus aşkarlandı”.

Qeyd edək ki, Rusiya yardım məqsədilə Belarusa 10 min test göndərmişdi.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm