Bələdiyyə sədri odlu silahla vuruldu
Bizi izləyin

Digər

Bələdiyyə sədri odlu silahla vuruldu

Türkiyənin Burdur vilayətinin Yeşilova rayonunun Bələdiyyə sədri Mümtaz Şenelin evinə silahlı basqın olub.

Publika.az xəbər verir ki, sübh saatlarında baş verən hadisə nəticəsində bələdiyyə sədri və həyat yoldaşı odlu silahla ayaqlarından yaralanıb.

Olay yerinə çox sayda polis və tibbi heyət cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Basqını həyata keçirənlərin axtarışı üçün əməliyyat təşkil olunub.

Qeyd edək ki, Mümtaz Şenel “Türkiyənin Maldivi” adlanan Salda gölünün talan edilməməsi və qurumasının qarşısını almaq üçün gördüyü işlərlə tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm