Digər
Kim Çen In xəstədir? - Ofisindən RƏSMİ AÇIQLAMA
Şimali Koreya lideri Kim Çen Inın xəstə olduğuna dair yayılan xəbərlər əsassızdır.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 36 yaşlı liderin ağır xəstə olduğuna dair əlamət yoxdur.
Fərziyələr nə zaman başladı?
Kim Çen In 1994-cü ildə dünyasını dəyişən ölkənin qurucusu Kim Il Sunqun doğum günü tədbirlərinə qatılmayıb. Ölkənin milli bayramı hesab edilən bu gündə Kimin xalqın qarşısına çıxmaması diqqət çəkib.
Şimali Koreya dövlət mediası da ötən həftə raket sınaqları ilə bağlı xəbərində Kim Çendən bəhs etməyib. Halbuki, bütün raket sınaqlarında Kimin fotoları yayımlanırdı.
“Daily NK” qəzeti liderin 12 apreldə Hyanqsan Xəstəxanasında ürək əməliyyatı olduğunu və Kumkant dağındakı villasında müalicə aldığını yazıb.
Qeyd edək ki, Kim Çen In 2014-cü ilin sentyabr ayında 40 gün ictimaiyyət qarşısına çıxmamışdı. Onun çevrilişlə vəzifəsindən uzaqlaşdırıldığı iddiaları ortaya atılmışdı. Daha sonra lider əlində çəliklə xalqın qarşısına çıxmışdı.
Zümrüd
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...