• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Koronavirus artıq daha ölümcüldür - Çinli elm adamları qorxunc faktı açıqladı

  • Digər
  • 22 Aprel 2020 10:49
  • 1 255 Baxış
Koronavirus artıq daha ölümcüldür - Çinli elm adamları qorxunc faktı açıqladı

Yeni tip koronavirusun (SARS-CoV-2) Avropa və ABŞ-da ən çox can almasının səbəbi mutasiyaya uğramasıdır.

Publika.az xəbər verir ki, bu fakt Çjetszyan Universitetinin apardığı elmi araşdırma nəticəsində məlum olub.

Mütəxəssislər koronavirusun mutasiyaya uğramış 30 müxtəlif növünü aşkarlayıb. Bunlardan bəzisi çox təhlükəli səviyyəyə çatıb və sürətli ölümə səbəb olub. Ən yüngül və zərərsiz mutasiya növü ABŞ-ın Vaşinqton ştatında tapılıb.

Çjetszyan Universiteti son dərəcə ölümcül olan koronavirus mutasiyalarının digər mutasiyalara nisbətən 270 qat daha sürətli çoxaldığını açıqlayıb.

Çinli elm adamları bu araşdırmanın COVID-19-un müalicəsi və peyvəndi istiqamətində görülən önəmli iş olduğunu bildirir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR